Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda pirotexniki vasitə turistin əlində partladı, iki barmağı kəsildi (VİDEO)

Bakıda pirotexniki vasitə turistin əlində partladı, iki barmağı kəsildi (VİDEO)

Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib.
Belə ki, pirotexniki vasitənin partlaması bir nəfəri iki barmağından edib.
Hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.
Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitəni düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.


Həmçinin oxuyun

Əhmədin “davamçıları”: Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə “Əhməd sendromu” hökm sürür.  Bu dəfə  2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı …