Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb – FOTO

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb – FOTO

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.
Hadisə Lökbatan qəsəbəsində baş verib. 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb. 
N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb. 
Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.

APA

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …