Cümə , Dekabr 4 2020
Ana səhifə / Sosial / Bakıda özəl klinikada ölüm hadisəsi baş verib

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib

Bakıda özəl klinikalardan birində ölüm olub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Real” hospitalda qeydə alınıb. Orada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb.
Daxil olan məlumat əsasında rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …