Ana səhifə / Sosial / Bakıda obyekt icarəsi bahalaşdı – VİDEO

Bakıda obyekt icarəsi bahalaşdı – VİDEO

Ticarət obyektlərinin icarə haqları bahalaşıb.

Son bir il ərzində qiymətlər 30 faizə qədər artıb.

Əmlakçıların sözlərinə görə, bahalaşmanın bir neçə səbəbi var. Ən başlıca səbəb isə son dövrlər ticarət obyektlərinə artan tələbatdır.

İcarə qiymətləri isə daha çox obyektin yeni və ya köhnə tikilidə olmasına görə fərqlənir.

Hazırda daha çox artım mərkəzdə olan obyektlərdədir.

Əmlakçılar həmçinin onu da bildirir ki, son dövrlər qiymət artımına görə icarədarla icarəyə götürən arasında imzalanan müqaviləyə xüsusi müddəalar əlavə edilir.

Qeyd edək ki, icarəyə götürülən obyektlər 3 fərqli istiqamət üçün – ticarət, ofis və restoran kimi istifadə olunur.

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …