Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Bakıda Novruz yarmarkaları başlayır

Bakıda Novruz yarmarkaları başlayır

Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılır:

“Artıq ötən gündən bayram yarmarkaları üçün çadırlar quraşdırılır. Bu gübdən onların fəaliyyətinə icazə veriləcək. Artıq 5 yerdə – “Gənclik”, “Nərimanov”, “28 may”, “İnşaatçılar” və “Koroğlu” metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır. Yaxın günlərdə daha 5 yerdə bayram yarmarkaları üçün çadırların quraşdırılması nəzərdə tutulur”.

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …