Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Bakıda niyə bütün avtobuslar kart sisteminə keçməyib?

Bakıda niyə bütün avtobuslar kart sisteminə keçməyib?

“Bu ilin I yarısında Bakıdakı bütün müntəzəm marşrut xətlərində kart sisteminin tətbiqi yekunlaşmalı idi. 2020-ci ildə həmçinin bir sıra istiqamətlərdə yeni xətlər istifadəyə verilməli idi. Lakin koronavirus (COVID-19) pandemiyasına görə bu işlərdə gecikmələr müşahidə edildi”.


Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.


“Tam nağdsız ödənişə keçidlə bağlı bir xarici şirkətlə əməkdaşlıq edirik. Həmin şirkətin əməkdaşları müxtəlif ölkələrin vətəndaşlarıdır. Bu gün onlar pandemiya ilə əlaqədar tətbiq edilmiş karantinə görə Azərbaycana gələ bilmirlər. Bütün marşrut xətlərinin kart sisteminə keçidin tətbiqini gecikdirən ən mühüm səbəblərdən biri məhz budur. Biz mümkün olduğu qədər onlayn rejimdə maksimum şəkildə onlarla işimizi davam etdirik”, – o qeyd edib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …