Ana səhifə / Sosial / Bakıda müştərinin telefonu partladı – VİDEO

Bakıda müştərinin telefonu partladı – VİDEO

Bir çox insanın hər gün rabitə vasitəsi kimi işlətdiyi cibindəki təhlükədən xəbəri yoxdur. Söhbət mobil telefondan gedir.

İndi təqdim edəcəyimiz video görüntüdən sonra əminəm ki, çoxu bunun ciddiliyini nəzərə alacaq və belə məsələdə daha həssas olacaq.

Bakıda telefonunu təmir məqsədi ilə ustaya aparan şəxsin mobil cihazı qəfildən partlayıb, ardından isə yanıb. Telefon mütəxəssisləri bununla bağlı insanlara bir çox vacib tövsiyyələr verirlər.

Müştəri mobil telefonunu ustaya gətirərək təmir etdirir.

Telefonun batareyasında problem olduğundan usta onu elə müştərinin gözü önündə açır. Amma gözlənilməz halda telefon əvvəlcə partlayır, ardından isə alışaraq yanır.

Bütün olanlar mağazadakı təhlükəsizlik kamerasına da düşüb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki telefon təmiri yerlərindən birində baş verib.

Telefonunun partladığını görən müştəri cəld tərpənərək xəsarət almaqdan yayınır. Usta da elə onun kimi özünü kənara çəkərək üzünü yanğından qoruyur. Məlumata görə, həmin telefonun batareyasının istifadə müddəti bitdiyi üçün onda şiş əmələ gəlib və partlayış da bu səbəbdən olub.

Mütəxəssis deyir ki, telefonun batareyasında problem olarkən onu mütləq ustaya dəyişdirmək lazımdır. Bəzi sadə telefonların batareya hissəsi asan açıldığıdan insanlar özləri dəyişməyə üstünlük verirlər. Belə olduqda da xoşagəlməz hadisə qaçılmaz ola bilər.

Bəs telefonun batareyasının istifadə müddətinin bitməsini necə müəyyən etməli?

Qeyd edək ki, bəzən telefonu uzun müddət elektriklə dolduruqda, daha doğurusu saatlarla belə saxladıqda da batareya sıradan çıxır. Telefon mütəxəssisi Seymur Yusibov onu da bildirdi ki, hər kəs cibində daşıdığı bu təhlükənin ciddiliyini nəzərə almalı və hər il ustada yoxlatmalıdır.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …