Bazar , Avqust 25 2019
Ana səhifə / Sosial / Bakıda müstəqilliklə bağlı tədbir keçirilib — FOTOLAR

Bakıda müstəqilliklə bağlı tədbir keçirilib — FOTOLAR

Bu gün Bakıda “Azəri-Türk” Qadınlar Birliyinin təşkil etdiyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan tədbirdə qalmaqal yaşanıb.

Ölkə.Az-ın məlumatına görə, tədbirdə iştirak edən Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu çıxış etmək üçün söz istəyib. Daha sonra o, iclasa AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin dəvət olunmamasını irad tutub:

“Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar. Ancaq çox təəssüf ki, bu gün onlar burada yoxdurlar. Az öncə Qüdrət Həsənquliyev burada fikir səsləndirdi ki, guya o, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub. Ancaq mən Qüdrət Həsənquliyevi tələbə vaxtından tanıyıram. O, heç zaman Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb”.

Tədbiri təşkil edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yasəmən Qaraqoyunlunun çıxışına cavab verərək bildirib ki, əksinə, Əli Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb:

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib bu cür tədbirlər təşkil etsinlər, fikir bildirsinlər. O ki qaldı Qüdrət Həsənquliyevə, o çıxışında demədi ki, mən Xalq Hərəkatının lideri olmuşam. Siz çıxışı düzgün təhlil edin. Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

Daha sonra T.Rüstəmxanlı vurğulayıb ki, Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının liderlərindən biri və Azərbaycanın sabiq prezidenti olub və heç kəs bunu dana bilməz.

T.Rüstəmxanlı söyləyib ki, ötən sərin 90-cı illərində Azərbaycanda xaos və silahlı üsyanlar baş qaldıranda, ölkə parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi:

“Ancaq Heydər Əliyev bunun qarşısını aldı, imkan vermədi ki, Azərbaycan müstəqilliyini itirsin. İndi bütün bunlara görə Heydər Əliyevin haqqını necə tapdalamaq olar? Bu dövlətin müstəqilliyini qoruyub saxlayan məhz Heydər Əliyev olub”.

 

Həmçinin oxuyun

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər – RƏQƏMLƏR

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır. Ölkə üzrə …

Bir cavab yazın