Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Bakıda müəllimlə şagird arasında dava – Video

Bakıda müəllimlə şagird arasında dava – Video

Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib. Həmin anların görüntüsü dərsdə olan digər şagirdlərin biri tərəfindən çəkilib.

Kadrlar 12 nömrəli Bakı Peşə Liseyndə çəkilib.

Hadisə peşə liseyndə 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edir ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.

Oktay Allahverdiyev isə bildirib ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıb. Bundan sonra o şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb.

Məsələ ilə bağlı Liseyn Tərbiyə işləri üzrə direktor müavini Səməd Nəbiyev isə bildirib ki, məlum videodakı hadisədən bu günə qədər ümumiyyətlə məlumatsız olublar. Direktor müavini onu da bildirib ki, həmin qrup liseyin problemli qurupu hesab olunur. Orda oxuyan şagirdlərin dərs zamanı nizam-intizam qaydalarını pozmaları haqda bir neçə dəfə aidiyyatı qurumlara da məlumat verilib.

Qeyd edək ki, videogörüntünün oktyabr ayının sonunda çəkildiyi bildirilir.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …