Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Bakıda Mikayıl Müşfiqin daha bir abidəsi ucaldıldı – FOTO

Bakıda Mikayıl Müşfiqin daha bir abidəsi ucaldıldı – FOTO

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin abidəsi ucaldılıb.
Moderator.az xəbər verir ki, heykəltəraş Teymur Qəribovun hazırladığı abidə paytaxtın 18 nömrəli tam orta məktəbində ucaldılıb.
Şairin abidəsinin və xatirə lövhəsinin bu gün keçirilən açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə M.Müşviqin şeirləri səsləndirilib.
Qeyd edək ki, Mikayıl Müşfiqin ilk abidəsi 1970-ci ildə paytaxtın Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində ucaldılıb.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …