Ana səhifə / Sosial / Bakıda lüks avtomobillər buna görə cərimələndi – Video

Bakıda lüks avtomobillər buna görə cərimələndi – Video

Bakıda Aşıq Molla Cümə küçəsində avtomobillərin kütləvi şəkildə qayda pozuntusuna yol verdiyi aşkarlanıb.

ASAN xidmətin yaxınlığında yerləşən ərazidə sürücülərin ayırıcı zolaqda, yəni hərəkətin qadağan olunduğu ərazidə avtomobillərini park etməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.

Belə ki, qeyd edilən ərazidə çəkilən zolaqlarda avtomobil park edən şəxslər həmin yol kənarını səhvən parkinq ərazisi hesab etdiyi üçün qanuni şəkildə düzgün formada tərtib olunmuş protokollardan Bakı şəhər Dövlət Yol Polis İdarəsinə şikayətlər göndəriblər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yollarda salınan təhlükəsizlik adacıqları, ayrıcı zolaqlar nəinki parklama yeri, hətta hərəkət üçün qadağan olunur:

“Həmin ayırıcı zolağın qarşısında isə 1.1 üfiqi nişanlama xətləri çəkilib, yəni standartlar pozulmayıb. Sadəcə kimə necə sərf edirsə, məsələnidə özünə uyğun şərh etməyə çalışır, məsuliyyəydən yayınmağa cəhd edir. Bir daha həmin ərazidən istifadə edən şəxslərdən xahiş edirik ki, nəzərə alsınlar ki, bu ərazi parkinq yeri deyil. Yaxınlıqda isə parklama üçün qanuni olan böyük bir ərazi var. Bir daha qaydalara əməl etməyi və nəticədə cərimə olunmamağınız üçün məsuliyyətli davranış nümayiş etdirməyinizi xahiş edirik”.

Qeyd edək ki, sözügedən yolda əsasən, lüks avtomobillərin park edilməsi diqqət çəkib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …