Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda külək şiddətlənir:Qurumlarhərəkətə keçdi

Bakıda külək şiddətlənir:Qurumlarhərəkətə keçdi

Ötən gündən başlayaraq Bakıda güclü külək müşahidə olunur. Bu gün günorta saatlarında isə külək daha da şiddətlənəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib.

“Günorta saatlarında külək daha da güclənəcək. Güclü külək sabaha qədər davam edəcək. Sabah günorta saatlarından sonra güclü şimal-qərb küləyi mülayim şimal-şərq küləyilə əvəzlənəcək”. – deyə Gülşad Məmmədova bildirib.

Bəs güclü küləkdə açıq havada çalışan işçilərin təhlükəsizliyi təmin edilibmi?

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, belə vəziyyətlərdə neftçilərin və açıq havada çalışan işçilərin təhlükəsizliyi təmin edilir.

“Belə güclü küləklə bağlı xəbərdarlıq verilən zaman, təxliyyə tədbirləri görülür. Açıq yerlərdə tikinti işləri dayandırılır. Ümumiyyətlə bütün işlər təxirə salınır”, – deyə İbrahim Əhmədov bildirib.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bütün hava şəraitində işçilərin təhlükəsizliyi diqqət mərkəzində olur.

“Baxmayaraq ki, küləyin güclü olması işimizə bir o qədər təsir etmir, lakin hər ehtimala qarşı yenə də təhlükəsizlik tədbirləri görülür. Məqsədimiz işçilərin təhlükəsizliyini tam təmin etməkdir”, – deyə Anar Nəcəfli bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar:

“Bu isə küləkli havada çox təhlükəlidir. Qurum sürücülərdən xahiş edir ki, avtomobillərini ağacların altında park etməsinlər. Bizim əməkdaşlar da, adi günlərə nisbətən bu günlərdə gücləndirilmiş iş rejimində çalışırlar”, – deyə Orxan Məmmədov bildirib.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …