Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Bakıda küləyin fəsadları: Altı ağac aşdı, bir neçəsinin budağı qırıldı

Bakıda küləyin fəsadları: Altı ağac aşdı, bir neçəsinin budağı qırıldı

Güclü külək Bakıda altı ağacı aşırıb.  

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttindən məlumat verilib.  

Məlumata görə, axşam saatlarından etibarən davam edən güclü külək paytaxtın Yasamal, Sabunçu, Suraxanı rayonları ərazilərində fəsadlar törədib. 

Qaynar xəttə daxil olan müraciət əsasında, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın müvafiq ərazilərinə göndərilib. Ümumilikdə külək Bakıda altı ağacı aşırıb, bir neçə ağacın isə budaqlarının sınmasına səbəb olub.  

Həftəsonu olmasına baxmayaraq, hazırda Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Paytaxt ərazisində külək nəticəsində aşmış və aşma ehtimalı olan ağaclarla bağlı müvafiq tədbirlər görülür. 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə nazirlikdən bildirilib. Qeyd …