Bazar ertəsi , May 23 2022
Ana səhifə / Sosial / Bakıda körpünün buz bağlaması 5 avtomobilin qəzasına səbəb olub – VİDEO

Bakıda körpünün buz bağlaması 5 avtomobilin qəzasına səbəb olub – VİDEO

Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Çermet” körpüsü kimi tanınan ərazidə “BMW” markalı avtomobilin sürücüsü yolun buz bağalamasına görə idarəetməni itirib. Avtomobil yol ayrıcı betona çırpılıb. Daha sonra “Opel”, “Toyota”, “Daewoo” və “Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb.

Hazırda sürücülər “Çermet” körpüsü kimi tanınan ərazidə yolun buz bağlamasını nəzərə alıb eyni istiqamətdə hərəkətdə olan avtomobil sürücülərinə xəbərdarlıq edirlər.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyyə edirlər.

Həmçinin oxuyun

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət …