Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda koronavirus daha çox Binəqədidə yayılıb – STATİSTİKA

Bakıda koronavirus daha çox Binəqədidə yayılıb – STATİSTİKA

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Statistika koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxma sayına görə paytaxtın Binəqədi rayonu ilk yerdədir. Burada yoluxma 12,3 faiz təşkil edir. Yasamal və Xətai rayonlarında yoluxma 12,2 faiz olub.

Eyni zamanda, Sabunçu rayonunda 11,7 faiz, Nəsimi rayonu üzrə 10,9 faiz, Suraxanı rayonunda 9,2 faiz, Nərimanov rayonunda 8,8 faiz, Nizami rayonunda 7,9 faiz, Qaradağ rayonunda 6,0 faiz, Xəzər rayonunda 4,3 faiz, Səbail rayonunda 4,2 faiz və Pirallahı rayonu üzrə isə 0,3 faiz yoluxma faktı qeydə alınıb. Azvision.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …