Bazar , Oktyabr 25 2020
Ana səhifə / Sosial / Bakıda kirayə mənzillər ucuzlaşdı

Bakıda kirayə mənzillər ucuzlaşdı

May ayında Bakıda kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında ay ərzində 6.58 faiz ucuzlaşma, ilin əvvəli ilə müqayisədə isə 3.78 faiz ucuzlaşma müşahidə olunub.
Ticarət obyektlərinin icarəsində isə qiymətlər ay ərzində 1.68 faiz, ilin əvvəli ilə müqayisədə isə 3.29 faiz artıb.
N.İbrahimov əlavə edib ki, hər il may ayında kirayə mənzil bazarında azalma olur, çünki tələbələr evləri boşaldır, lakin sentyabrdan etibarən yenidən qiymətlərdə artım müşahidə olunur.

Həmçinin oxuyun

Polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara …