Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda karantin qaydalarını pozan usta cərimələndi (VİDEO)

Bakıda karantin qaydalarını pozan usta cərimələndi (VİDEO)

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi ərazisində avtomobil təmiri sexində karantin qaydalarının pozulduğu məlum olub.
Polis əməkdaşları tərəfindən həmin sexdə işləyən paytaxt sakini Fəqan Məmmədov Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, 200 manat miqdarında cərimə edilib. 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …