Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda “kamikadze sürücü” – VİDEO

Bakıda “kamikadze sürücü” – VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.

Report-un xəbərinə görə, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, “VAZ 21 07” markalı avtomobilin sürücüsü təmir gedən, beton pilitələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır.

Bundan sonra sürücü elə əks istiqamətdə yoluna davam edərək qaşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Ona etiraz edən sürücülərə isə əl-qol hərəkətləri ilə kobudluq edir.

Nəzərə alsaq ki, onsuz da dar olan yolda manevr imkanları məhduddur, bu sürücünün real qəzaya, hətta ölümə getdiyi aydın olur. Sürücülər arasında belələri “kamikadze” adlandırılır. Çünki qəza anında özü ilə bərabər, digərlərinə də zərər vurur.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …