Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir – VİDEO

Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir – VİDEO

Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir. 

Ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə  alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirlir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

Həkim Anar Əmrah bildirir ki,  təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …