“İki müəssisədə koronavirusa xeyli yoluxma halı aşkar olunub”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, həmin şirkətlərin rəhbərləri və çalışanlar karantin qaydalarına məhəl qoymayıblar:
“Bakı Tikiş Evi”ndə 64 nəfər qısa müddətdə koronavirusa yoluxub. “Baku Steel Company”də isə 48 nəfər eyni aqibəti yaşayıb”.