Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Sosial / Bakıda iki qadın hündürmərtəbəli binadan yerə düşdü – İntihar yoxsa təsadüf?

Bakıda iki qadın hündürmərtəbəli binadan yerə düşdü – İntihar yoxsa təsadüf?

Nərimanov rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Habil Mirzəyev küçəsində baş verib.

1977-ci il təvəllüdlü Fərzəliyeva Elnurə Akif qızı binanın ikinci mərtəbəsində yaşadığı evin eyvanında iş görərkən qəfildən yerə yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

***

Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – EKSPERT

“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”. Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” …