Çərşənbə axşamı , Oktyabr 3 2023
Ana səhifə / Sosial / Bakıda iki gün yağış kəsməyəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış kəsməyəcək – XƏBƏRDARLIQ

“Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır: “Balakan, Şəki bölgəsinin bəzi yerlərində intensiv və güclü yağış müşahidə olunur. Ən çox yağıntı miqdarı Qax, Şəki, Zaqatala və Qəbələdə qeydə alınıb. Digər bölgələrdə isə nisbətən az yağıntı olub”.

A.Verdiyevin sözlərinə görə, Zaqatala, Şəki və Tərtərdə şimal-qərb küləyi əsib. Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 12-nə kimi davam edəcək. Bakı və Abşeron yarımadasında sentyabrın 9-10-da yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağışın intensiv olacağı gözlənilir”.

Həmçinin oxuyun

“Vətən müharibəsi qazisi canına qəsd etməyə çalışıb”

Vətən müharibəsi qazisinin intihara cəhd etdiyi iddia olunur.Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən …