Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Bakıda I sinfə qəbul başlayıb

Bakıda I sinfə qəbul başlayıb

Bu gündən 2018-2019-cu dərs ili üzrə Bakı məktəblərinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu başlayıb.

Belə ki, sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulub. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

Martın 12-də isə Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda I sinifə elektron sistem vasitəsilə şagird qəbuluna start veriləcək.

Qeyd edək ki, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …