Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / Bakıda günün pik saatlarında gediş haqqı fərqli qiymətə ola bilər

Bakıda günün pik saatlarında gediş haqqı fərqli qiymətə ola bilər

Bakıda günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətə olması istisna edilmir”.

Bu barədə “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması bütün avtobuslarda kart sisteminə keçid tətbiq edildikdən sonra reallaşa bilər: “Bütün avtobusların kart sisteminə keçidi bu ilin sonuna tamamlanacaq”.

M.Ağayev qeyd edib ki, günün pik saatlarında avtobuslarda gediş haqqının fərqli qiymətdə olması hələlik fikir olaraq qalır.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …