Ana səhifə / Sosial / Bakıda güclü külək ağacı aşırdı – Video

Bakıda güclü külək ağacı aşırdı – Video

Bir neçə gün öncədən proqnozlaşdırılan güclü külək Bakıda fəsad törədib.

“Qafqazinfo” xəbər verir ki, güclü külək paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində ağacı qıraraq aşırıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, güclü küləklə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə xəbərdarlıq edib. Sürücülərə avtomobillərini hündür və irigövdəli ağacların altında park etməmələri, ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir.

Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər.

Həmçinin oxuyun

Sabah Bakıda hava küləkli olacaq, rayonlara yağış və dolu yağacaq

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi günün ikinci yarısında arabir …