Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Bakıda güclü duman var

Bakıda güclü duman var

Bakı bu gün səhəri güclü dumanla açıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda şəhərdə güclü duman müşahidə olunur. Bu səbəbdən də bir sıra yollarda avtomobil sıxlığı müşahidə olunur.

Amma bu hava şəraiti Bakı aeroportunun işinə təsir etməyib. Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə bildirilib ki,  təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. “Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir”, – deyə aeroportda bildiriblər.

Həmçinin oxuyun

1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur – VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur. Söhbət Bakının Suraxanı …