Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Sosial / Bakıda gecə klubu qarşısında kütləvi dava olub

Bakıda gecə klubu qarşısında kütləvi dava olub

Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu “Otto” gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.

Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.

Həmçinin oxuyun

AQTA: İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət …