Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb – VİDEO

Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb – VİDEO

Bakıda gənc oğlan metroda qatar yoluna düşərək qaçmağa başlayıb. Hadisə saat 18:50 radələrində “İnşaatçılar” metrostansiyasında baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin sözlərinə görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğlu özünü qatar xəttinə ataraq üzü “Elmlər Akademiyası” stansiyası istiqamətində qaçmağa başlayıb.

İnsident nəticəsində qatarların hərəkəti dayandırılıb.

N.Paşayev bildirib ki, həmin şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb.

Qurum rəsmisi hadisədə hər hansı intihar məqsədinin olmadığını qeyd edib.

Hadisənin baş vermə səbəbi polis tərəfindən araşdırılır. (Qafqazinfo)

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …