Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda evin bir tərəfi istidir, digər tərəfi soyuq – VİDEO

Bakıda evin bir tərəfi istidir, digər tərəfi soyuq – VİDEO

Bakının Xətai rayonunun Xudu Məmmədov küçəsində bir blokun sakinləri evlərinə istiliyin normal qaydada verilmədiyindən şikayətlənir. Evin bir hissəsinə istilik gəlmir, digər hissəyə verilən istilik isə tez-tez kəsilir. Bu  hadisənin səbəbləri barədə  əməkdaşlarımız danışacaq.

Bu xanım deyir ki, evimin bir tərəfi yazdır, günəş çıxıb, o birində şaxta, qış. Qəribədir deyilmi? Bu nahaqdan deyilmiş, bunun bir çıxarı var. 

“Azəristiliktəchizat”dan bildirdilər ki, borularda sızma var və elə müsahibə ərəfəsindəcə problemin həllinə başlayıblar. 

Azərsu Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon sukanal idarəsinin əməkdaşları da zirzəmidə suyun çəkilməsi üçün sözügedən ünvana gəldilər. Artıq iki gündür ki, suyu çəkməklə məşğul olan su-kanal idarəsindən o da bildirildi ki, bu əslində onların görməli olduğu iş deyil, onlar sadəcə texniki dəstək göstərirlər. Bir sözlə quyusu dərin olan bu zirzəminin suyunun tam çəkilməsi və sonra da borularının təmirindən sonra bina sakinləri tam gücü ilə istilik ala biləcəklər. Əgər o vaxtacan qış qurtarmasa… 

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …