Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Bakıda evakuator qaydanı belə pozdu — VİDEO

Bakıda evakuator qaydanı belə pozdu — VİDEO

Sosial şəbəkələrdə daha bir evakuator sürücüsünün kobud şəkildə qayda pozuntusu törətdiyi görüntü yayılıb. Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, həmin görüntü əsasında araşdırma aparılacaq və sürücünün günahı varsa cəzalandırılacaq.

Belə ki, yolu bağlayan evakuator sürücü , yolun kənarında dayanan avtomobili evakuasiya edir.

Bu zaman digər hərəkt iştirakçılarına mane olan evakuator sürücü avtomobili götürdükdən sonra yoluna qadağan olunmuş istiqamətdə davam edir. Bu zaman onunla bərabar xidmət edən polis əməkdaşınında evakutorun ön oturacağın əyləşdiyini görmək olur.

Görüntülər paytaxtın Nəsimi rayonu Məhəmməd Cəfərov küçəsində qeydə alınıb.

Baş Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev ”Xəzər Xəbər”ə açıqlamasında bildiribki, görüntüdə evakutorun yolu bağlayaraq avtomobili götürməsi normal haldır. Amma nizamlayıcının göstərişi olmadan avtomobili qadağan olunmuş istiqamətə hərəkət etdirməklə səhvə yol verib. Hər bir halda görüntü əsasında araşdırma aparılacaq və sürücünün qayda pozuntusu aşkarlanarsa o cəzalandırılacaq.

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …