Ana səhifə / Sosial / Bakıda ev qiymətinə darvaza satılır – VİDEO

Bakıda ev qiymətinə darvaza satılır – VİDEO

Paytaxtda ev qiymətinə darvaza və qapı satılır.

Şəhərətrafı qəsəbələrdə fəaliyyət göstərən sexlərdə dəyəri 40 min manatadək olan dəmir darvaza satılır. Satıcılar deyirlər ki, qiymət darvazaların keyfiyyətinə və ölçüsünə görə dəyişir. Bahalı darvaza və qapılar isə xüsusi sifariş əsasında hazırlanır. Hazırda satışda olan ən ucuz qapıların qiyməti 350-800 manat, ən ucuz darvazaların qiyməti isə 700-2500 manat arasında dəyişir. Ən bahalı qapılar isə 2000 manatdan başlayaraq təklif olunur. Ən baha darvaza isə 35-40 min manata hazırlanır.

Satıcıların dediyinə görə, qapı və darvazaların hazırlanmasında istifadə olunan materialların qiyməti artıb. Bu da onların satış qiymətlərinə təsir edir.

Paytaxtda hazırlanan qapı və darvaza qiymətlərini bölgələrimizdən birindəki qiymətlərlə müqayisə etdik. Məlum oldu ki, Tovuzda qapı və darvazalar paytaxtdakından daha ucuz başa gəlir. Qiymətlər də əvvəlki aylara nisbətən xeyli enib. Bu rayonda hazırlanan ən ucuz qapıların qiyməti 120 manatdan, nisbətən baha olanlar isə 500 manatdan başlayır. Darvazaların qiyməti isə 1300-3500 manat arasında dəyişir.

Sahibkarın sözlərinə görə, yüksək qiymətli qapılarda bəzən müştəriyə 250 manatadək endirim də edilir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …