Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Bakıda ev almaq istəyənlər, tələsin – VİDEO

Bakıda ev almaq istəyənlər, tələsin – VİDEO

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Bakıda mənzillərin qiymətini kəskin ucuzlaşdıra bilər. Ekspertlərin fikirincə bu ölkələrdə yaşayan soydaşlarımız ordakı bizneslərini qorumaq üçün Azərbaycanda olan daşınmaz əmlaklarını sata bilərlər. Bəziləri artıq satışa da çıxarıb. Bəs bu hal daşınmaz əmlak bazarında neçə faiz ucuzlaşmaya səbəb olacaq?.

Rusiya və Ukrayna arasında baş verən hadisələrin ölkəmizin əmlak bazarına təsiri qaçılmaz olacaq.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, Rusiyaya qarşı tətbiq edilən müəyyən sanksiyalar səbəbindən soydaşlarımızın həmin ölkədəki bizneslərini qorumaq üçün qısa müddət sonra Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqları gözlənilir.

Ekspert bildirib ki, kütləvi surətdə daşınmaz əmlaklar satışa çıxarılarsa və qiymətlər dəyərindən aşağı düşərsə, bu əmlak bazarına mənfi təsir göstərəcək və daşınmaz əmlakların qiymətlərində enmələr olacaq.

Qeyd edək ki, kütləvi satış olacağı halda bu bir tərəfdən ev almaq istəyən vətəndaşlar üçün əlçatanlığı təmin edəcəksə, digər tərəfdən tikinti şirkətlərinə mənfi təsir göstərəcək. Çünki hazırda Rusiya və Ukraynadan gətirilən tikinti materiallarının qiymətində artım olduğundan bu da MTK-rəhbərlərinin tikdiyi evlərin satışına mənfi təsir edəcək.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …