Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Sosial / Bakıda daha iki ictimai çimərlik yaradıldı

Bakıda daha iki ictimai çimərlik yaradıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çimərliklərin yaradılması işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumatına görə, paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır. Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Görədil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün köşklər quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb.

Həmçinin oxuyun

Bakıda Əzizbəyovun büstü götürüldü – FOTO

Bakıda Məşədi Əzizbəyovun büstü götürülüb. Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində …