Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda daha 6 bina sökülür: 160 ailə köçürülür (VİDEO)

Bakıda daha 6 bina sökülür: 160 ailə köçürülür (VİDEO)

Paytaxtda ötən əsrin əvvəllərində tikilmiş binalarda yaşayan daha 160 ailə köçürüləcək.
Ailələr tam köçdükdən sonra 3-4 mərtəbəli olan 6 bina söküləcək.
Həmin binalar Nəsimi rayonu Hənifə Ələsgərova və Xan Şuşinski küçələrinin kəsişməsində həyata yerləşir. Pilot layihə çərçivəsində sakinlərlə razılıq əldə edilib və ərazidə hündürmərtbəli binalar inşa olunacaq.
İş icraçılarının sözlərinə görə, söküləcək 6 binanın yerində kompleks formasında 16 mərtbəli 6 bina inşa ediləcək.
Artıq bir çox mənzillər tam boşaldılıb, hətta binaların sökülməsinə başlanılıb.
Yeni binalarda evlərin 2 il sonra sakinlərə təhvil veriləcəyi bildirilir.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …