Şənbə , İyul 24 2021
Ana səhifə / Sosial / Bakıda dəhşət: “Patı” istifadəçisi olan ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı (FOTO)

Bakıda dəhşət: “Patı” istifadəçisi olan ana və sevgilisi beş yaşlı uşağın dilini qopardı (FOTO)

Bakıda 5 yaşlı uşaq anası və onun sevgilisi tərəfindən zorakılığa məruz qalıb. 
Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, hazırda uşaq Bakıdakı xəstəxanaların birindədir:
“Bu cinayət faktıdır. Bir neçə gün öncə 5 yaşlı uşaq “anası” tərəfindən nənəsinin əvvəllər işlədiyi kafedə qoyulub. İşçilər nənəyə zəng vurur ki, uşaq ölür… Uşaq xəstəxanaya travmatalogiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən xəstəxanada olduq, çəkilişimizi DİN-ə göndərdik. Təhqiqat gedir”. 
Kamalə Ağazadə bu gün uşağın nənəsi ilə də görüşdüyünü deyib:
“Nənə uşağın qızı Səadət ilə sevgilisi Kamran tərəfindən edildiyini iddia edir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da “məni Kamran döydü, dilimi də o dişlədi… Anam da ordaydı”, deyə bildirir. Nənənin dediyinə görə, bir dəfə də uşağa zorakılıq olub, üzr istəyib və şikayət geri götürülüb. Nənə iddia edir ki, Səadət və Kamran narkotik istifadəçisidir…”patı”… Gerisini aidiyyatı qurumlara buraxıram. Mən isə 5 yaşlı körpəni tək buraxmayacam”.

Həmçinin oxuyun

Azərbaycanda COVİD-19: yoluxma kəskin artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər …