Ana səhifə / Sosial / Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol artıq sürücülərin ixtiyarına verilib.

Şəhərin əsas nəqliyyat qovşaqlarından biri hesab olunan bu yolun açılması həm sürücülərin, həm də piyadaların hərəkətində rahatlıq yaradıb.

Ərazidə metrostansiyanın tikintisi uzun illər idi ki, magistralın bağlı olmasına, dolayısı ilə avtomobillərin hərəkətində maneələrin yaranmasına və tıxaclara səbəb olurdu.

Həmçinin yaxınlıqda yerləşən hərbi xəstəxanaya gediş-gəliş də çətinləşmişdi.

Qeyd edək ki, yolun bağlı olması səbəbindən sürücülər daha çox Tbilisi prospektindən istifadə edirdi və bu da tıxacların yaranmasına gətirib çıxarırdı.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …