Ana səhifə / Sosial / Bakıda bu özəl klinikanı cərimə gözləyir

Bakıda bu özəl klinikanı cərimə gözləyir

Bakıda tanınmış “İstanbul NS” klinikası barəsində cərimə protokolu tərtib edilib.

Medicina.az xəbər verir ki, klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsinin tələblərini pozmaqda təqsirli bilinir.
Artıq “İstanbul NS” klinikası barədə müvafiq protokol məhkəməyə göndərilib. İddiaya Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, klinikanı 2 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, “İstanbul NS” daha çox estetik əməliyyatların keçirildiyi klinika kimi tanınır.

Həmçinin oxuyun

“Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir“ – Azad İsazadə

“Onlar yalan danışmaqla kiməsə ziyan vuracaqlarını düşünmürlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Azad İsazadə deyib. Qeyd …