Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / BAKIDA BU OBYEKTLƏRİN SÖKÜLMƏSİNƏ BAŞLANDI – Açıqlama +VİDEO

BAKIDA BU OBYEKTLƏRİN SÖKÜLMƏSİNƏ BAŞLANDI – Açıqlama +VİDEO

Bakının mərkəzi və ətraf rayonlarında yol verilmiş nöqsanların aradan qaldırılması, səki, yollar, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsinə başlanılıb. 

Realtv.az xəbər verir ki, paytaxtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmlş işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkar edilməsi məqsədilə reydlər keçirilib, qeyri-qanuni obyektlər müəyyənləşdirilib.

Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi işlərinə başlanılıb. Həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarlar söküləcək, “Abad məhəllə” və “Nümunəvi həyət”lər yaradılacaq.

“Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək”. “Report”un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib.

Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: “Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …