Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Bakıda bu gün sulu qar yağsa da…” – Nazirlikdən AÇIQLAMA

“Bakıda bu gün sulu qar yağsa da…” – Nazirlikdən AÇIQLAMA

“Bakıda bu gün sulu qar yağsa da, yerdə qar örtüyü olmayacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qarın yağması prosesi qısamüddətli olduğuna görə qar örtüyünün əmələ gəlməsi ehtimalı azdır.

U.Tağıyeva qeyd edib ki, respublikanın şimal və cənub, şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hümdürlüyü artacaq: “Lakin yanvarın 25-dən sonra havanın temperaturu artacaq və qar örtüyü davamlı olmayacaq”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …