Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Bakıda bu binalar söküləcək – SƏRƏNCAM

Bakıda bu binalar söküləcək – SƏRƏNCAM

Bakıda 300-dən çox sakinin məskunlaşdığı 8 yaşayış binası söküləcək.

Paytaxtın Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sərəncam imzalayıb.

Söküntü işləri aparılmamışdan öncə binalarda yaşayan sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün ödənişlər ediləcək. Artıq bir neçə sakinlə razılıq əldə edilib.

Yaşayış binalarını tikəcək şirkətin hüquqşunası Vamiq Şükürov deyib ki, binalar tam hazır olduqdan sonra sakinlər yeni mənzillərə köçürüləcək. Onlara köçürüldükləri mənzillərin kvadratından 20-25 % artıq kvadratda və təmirli mənzillər təqdim ediləcək. Bununla yanaşı, söküləcək yaşayış binalarında olan obyektlərin sahiblərinə də yeni binalardan obyektlər veriləcək.Yaşayış binalarının 2 il müddətində tikilib başa çatdırılması nəzərdə tutulub.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …