Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Bakıda bu bina aşa bilər

Bakıda bu bina aşa bilər

Bakının Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazinin yaxınlığında 2007-ci ildə tikintisi başlanılan dəmir konstruksiyalı çoxmərtəbəli binanın inşası uzun müddətdir, dayandırılıb. Dəmir konstruksiyalar uzun illər ərzində əlverişsiz hava şəraiti, yağışlar nəticəsində korroziyaya uğrayıb. Vətəndaşlar sözügedən binanın, o cümlədən kranın aşma təhlükəsindən narahatdırlar.

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, həmin bina Bakıda zəlzələyə davamlı və az sayda dəmir konstruksiyalı binalardan biridir.

Qeyd olunub ki, sözügedən binanı Azərbaycanın yerli şirkətlərindən biri ilə İrana məxsus şirkət ortaq tikirmiş. Binanın memarı da Azərbaycanda yaşayan iranlı olub. Tikinti üçün krediti də “Bank Melli İran” verib. Lakin qısa vaxt sonra naməlum səbəblərdən inşaat işi dayandırılıb.  

Pravda.az məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu göndərib. Lakin üç gün keçməsinə baxmayaraq, RİH tərəfindən mövqe bildirilməyib.

Fövqəladə Hallar Nazirliyinə də sorğu göndərilib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …