Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / Bakıda bu avtobus insanları ölümə aparır – Video

Bakıda bu avtobus insanları ölümə aparır – Video

Bakıda şəhərdaxili avtobuslardan biri qapısı açıq şəkildə hərəkət edir.

“ Azinforum.az ” ın “Xəzərxəbər”ə istinadən verdiyi məlumata görə, ən dəhşətlisi isə odur ki, bir neçə şagird qapıdan sallanaraq gedir. Ani bir diqqətsizlik məktəblilərin yıxılaraq avtobusun altında qalması ilə nəticələnə bilər.

Görüntülər “Koroğlu” metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda baş verib.

99 JH 483 dövlət nömrə nişanlı məhz həmin avtobusun sürücüsü özünə haqq qazandıraraq deyib ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.

Marşrut xəttinin Namiq adlı rəsmisi bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyib ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək.

Həmçinin oxuyun

Bakıda 9 dərəcə isti olacaq

Yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 26-da Bakıda …