Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda böyük velosiped yolları şəbəkəsi qurulacaq

Bakıda böyük velosiped yolları şəbəkəsi qurulacaq

Yaxın 2-3 il ərzində Bakıda böyük velosiped yolları şəbəkəsinin qurulmasına nail olunacaq.

Bunu Azvision.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, son vaxtlar vətəndaşlar arasında velosiped sürməyə maraq artır.

“Onların marağını qarşılamaq, təhlükəsiz mühitin yaradılması üçün layihələndirmə işlərinə başlanılıb. İlkin olaraq müxtəlif maraq nöqtələrini birləşdirən, təxminən 18 km-lik velosied yolu layihəsi hazırlanıb. Yaxın vaxtlarda onun icrasına başlanılacaq. İlk olaraq hökümət evinin arxasında, daha sonra Səməd Vurğun bağı – Mərdənov qardaşları istiqamətində işlərə başlanılacaq”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …