Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Sosial / Bakıda “BMW” “Range Rover”ə çırpıldı – FOTO

Bakıda “BMW” “Range Rover”ə çırpıldı – FOTO

Bakının Nərimanov rayonunda avtomobil qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən “BMW” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “Range Rover” markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin verdiyi məlumata görə, qəzadan dərhal sonra hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Hadisə yerinə gələn yol polisi əməkdaşları yaranmış tıxacı aradan qaldırıblar. Hadisənin səbəbləri öyrənilir.

APA

Həmçinin oxuyun

Bakıda eyni torpaq sahəsi 36 nəfərə satıldı – Video

Bakının Binə qəsəbəsində eyni torpaq sahəsi 36 nəfərə satılıb. Xezerxeber.az-ın məlumatına görə, şikayətçilər iddia edirlər …