Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda bağçada uşağa qarşı zorakılıq – 2 yaşlı uşağı bu hala kim saldı? – VİDEO

Bakıda bağçada uşağa qarşı zorakılıq – 2 yaşlı uşağı bu hala kim saldı? – VİDEO

Bakıda nənə nəvəsinin məktəbəqədər təhsil müəssisəsində döyüldüyünü iddia edir. Onun sözlərinə görə 2 yaşlı uşağa qarşı zorakılıq tətbiq edilib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, təəssüf ki, buna nail ola bilmədik. Şikayətçi uşağın döyülməsi ilə bağlı polis bölməsinə müraciət edib.

Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi Paytaxtın Nərimanaov rayonunda yerləşən 56 saylı uşaq baxçasında döyülüb.

Uşağın nənəsi bildirdi ki, onun nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktının tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir. Onun sözlərinə görə bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.

Sonradan qarşı tərəflə telefonla əlaqə saxlamağa da, cəhd etdik. Uşağın Aytən adlı qrup rəhbəri sualımızı cavabsız qoydu.

Artıq məsələ ilə bağlı Nərimanov rayon 17-cı polis bölməsinə də müraciət olunub. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …