Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda bəzi məktəblər distant tədrisə keçdi – SİYAHI

Bakıda bəzi məktəblər distant tədrisə keçdi – SİYAHI

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçirilir.

Yarışlarla əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbdə bu gündən dərslər distant tədrisə keçib.

Distant tədris iyunun 8-dək davam edəcək.

“Formula-1” Qran Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblərin siyahısı aşağıdakı kimidir:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki  T. İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki   İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli Texniki Humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …