Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bakıda bəzi binalarda niyə istilik yoxdur? – Video

Bakıda bəzi binalarda niyə istilik yoxdur? – Video

Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 77, 87, 89, 91-93 ünvanlarında yerləşən binalarda istilik yoxdur.

İstilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istiliyin üzünə həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.

Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini bir az da çətinləşdirib.

Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında da yaşanır.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”la əlaqə saxladıq. Qurumun rəsmisi Elvin Basqallı “Xəzər Xəbər”ə bildirdi ki, bütün qazanxanalar qrafik üzrə işə salınıb. Bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var və bunların hamısı da bir-bir aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür. Bununla bərabər hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır. Hazırda bununla bağlı aidiyyəti üzrə müraciət olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …