Cümə , Oktyabr 18 2019
Ana səhifə / Sosial / Bakıda bələdiyyə sədri 3 min manat cərimələndi

Bakıda bələdiyyə sədri 3 min manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, araşdırma nəticəsində fakt təsdiqini tapıb: “Faktla bağlı əraziyə cavabdeh Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.

Həmçinin oxuyun

Bakıda yeni doğlan körpə küçəyə atıldı – VİDEO

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.  Oxu.az xəbər verir ki, uşaq tapılan …