Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir – FOTO

Bakıda azyaşlı uşaq soyuqda yarıçılpaq halda diləndirilir – FOTO

Uşağın bu cür istismar edilməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb.

Bakı Metropoliteninin “Əhmədli” stansiyası yaxınlığında 09-10 yaşlarında olan oğlan uşağı soyuq havada asfalt üzərində yarıçılpaq halda dilənməyə məhkum edilib. AzNews.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Sevda Məhərrəmova facebook səhifəsində məlumat verib. O qeyd edib ki, uşaq burada özü könüllü olaraq diləndiyini desə də, az keçməmiş naməlum bir kişi uşağa yaxınlaşaraq onu ərazidən uzaqlaşdırıb.

Hüquqşünas faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə xəbər verib. Lakin polis əməkdaşları dilənən uşağı tapa bilməyiblər.

>

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …