Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Sosial / Bakıda avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həll edilməyib – VİDEO

Bakıda avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həll edilməyib – VİDEO

Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi problemi hələ də həllini tapmayıb.
“Report”un əməkdaşları bununla bağlı mütəmadi olaraq paytaxtın müxtəlif yerlərində müşahidələr aparıb və bu ilin may ayında hazırladığı materialda problemin ciddiliyini qeyd etmişdi. Həmin vaxt qeyri-qanuni parklanma məsələlərinə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi nəzarət edirdi. Bir müddət sonra isə bu istiqamətdə tədbirlərin görülməsi Bakı Nəqliyyat Agentliyinə həvalə olundu.
Belə ki, Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixində imzaladığı fərmana əsasən Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil etməli və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görməli, habelə təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir.
Qeyd edək ki, BNA bu fərmanla nəzərdə tutulan səlahiyyətlərin icrasına başlamaq üçün müvafiq işlərin görüldüyünü açıqlamışdı. Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, müxtəlif küçə və prospektlərdə Qanunsuz Parklanmaya Qarşı Nəzarət Kameraları yoxlanılaraq tam işlək vəziyyətə gətirilib və bu kameralar vasitəsi ilə dayanma və durma qaydalarına zidd olaraq saxlanılan nəqliyyat vasitələrinin qeydiyyatı aparılır.
Lakin, “Report” əməkdaşlarının ötən gecə şəhərin mərkəzinin yalnız bir ərazisində apardığı müşahidələr xəbərdarlıq olunmasına baxmayaraq problemin həllini tapmadığını göstərdi.
VIPedu.BIZ

Həmçinin oxuyun

Pensiyalarla bağlı yeniliklərin detalları açıqlandı – VİDEO

Azərbaycanda pensiyaların verilməsi ilə bağlı qaydalara bir sıra dəyişikliklər edilib. 2019-cu ilin büdcəsi sosialyönümlü olduğundan …